2007-ci il yol-nəqliyyat hadisələrinin təhlili
2007-ci ilin 9 ayı ərzində respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili
Hesabat dövrü ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş profilaktik tədbirlər nətiicəsində ümumilikdə qəzalığın vəziyyəti nəzarətdə saxlanılmışdır. Cari ilin ötən 9 ayı ərzində ölkə ərazisində 2138 YNH-si qeydə alınmış, nəticədə 755 nəfər həlak olmuş, 2362 nəfər yaralanmışır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 98 (4,4%) və 189 (7,4%) azalmış, həlak olanların sayı 45 (6,3%) artmışdır.

DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 422 YNH-i qeydə alınmış, nəticədə 246 nəfər həlak olmuş, 509 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 48 (10,2%) və 101 (16,6%) azalmış, həlak olanların sayı 20 (8,8%) artmışdır.
Bakı şəhəri ərazisində 1059 YNH-si qeydə alınmış və bunların nəticəsində 272 nəfər həlak olmuş, 1198 nəfər yaralanmışdır. 2006-cı ilin 9 ayı ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 120 (10,2%), 18 (6,2%) və 142 (10,6%) azalmışdır.

Respublika üzrə qeydə alınmış YNH-nin 92,7%-i (1950) sürücülərin YHQ pozmaları, o cümlədən 43,8%-i (933) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,1%-i (489) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,5 %-i (185), yolayrıclarını keçmə qaydalarının pozulması, 9,1%-i (50) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 45,3%-ni (899) piyadaların vurulması təşkil etmiş, nəticədə 268 piyada həlak olmuş, 684 yaralanmışdır. 105 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş vermiş, nəticədə 41 piyada həlak olmuş, 65-i yaralanmışdır. Bu hadisələrdən 7-i sərxoş piyadaların təqsirindən baş vermişdir ki, nəticədə onlardan 4-ü həlak olmuş, 3-ü isə yaralanmışdır. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 71 nəfər uşaq və yeniyetmə həlak olmuş, 253 nəfər yaralanmışdır. Həlak olanların 45-i, yaralananların isə 145 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 755 nəfərdən 596-ı kişilər, 159-u qadınlar, xəsarət almış 2362 nəfərdən isə 1789-u kişilər, 573-ü qadınlar təşkil etmişlər.

2007-ci ilin 9 ayı ərzində respublika ərazisində 23 nəfərin həlak olması və 59 nəfərin yaralanması ilə nəticələnmiş 81 YNH-si qapalı qalmışdır. Bu hadisələrdən 72-i Bakı şəhər BPİ-nin, 8-i BDYPİ YPXA-nın, digərləri isə Gəncə, Quba, Xanlar və Bərdə ŞRPŞ-nin xidmət ərazilərində baş vermişdir.

- 2007-ci il yol-nəqliyyat hadisələrinin təhlili


tel.: (+994 12) 342 32 82;
e-poçt: