Cərimələr
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması
| İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
151.1. | Sürətin 10-30 km/saat həddində aşılması | on beş manatdan iyirmi manatadək | - |
Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi | |||
Nəqliyyat vasitətəsinin yolların hərəkət hissəsində yerləşdirilməsi | |||
Piyada keçidlərinin keçilməsi | |||
Ara məsafəsi | |||
Dayanma və durma | |||
Yedəyə alma | |||
Yük daşıma | |||
İşıq cihazlarından düzgün istifadə edilməməsi | |||
Səs siqnallarından düzgün istifadə edilməməsi | |||
Təhlükəsizlik kəmərindən istifadə edilməməsi | |||
Motodəbilqələrdən istifadə qaydalarının pozulması | |||
Sürmə təlimi keçmə qaydalarının pozulması | |||
| Avtomagistralda və ya yaşayış zonasında hərəkət etmə qaydalarının pozulması | |||
| Əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması | |||
| Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə | |||
| Şəkilərlə və qanunla nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə görə | |||
| Piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə görə | |||
Nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə | |||
151.2. | Yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılması | iyirmi manatdan qırx manatadək | 3 bal |
Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi | |||
3.1 "Giriş qadağandır" yol nişanının tələbinin pozulması | |||
3.2 "Hərəkət qadağandır" yol nişanının tələbinin pozulması | |||
Sərnişin daşıma qaydasının pozulması | |||
| Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulması | |||
Yol ayrıcını keçmə | |||
Yol ayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına görəvtomobillərinin yanacaqdoldurma məntəqəsinə daxil olması | |||
| Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına görə | |||
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə | |||
1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsi | |||
151.3. | Yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılması | qırx manatdan altmış manatadək | 4 bal |
Dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması | |||
Qəza şəraitinin yaradılması, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntuların törədilməsi | |||
Yol nəqliyyat hadisəsi yerindən yayınma | |||
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi |
151.4. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 152-1.1-ci, 155.3-cü və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bil il ərzində 10 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.
151.5. Bu Məcəllənin 151.1-151.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 140 manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.
Q e y d : 1. Bu Məcəllənin 151.2-ci maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 3 balla, 151.3-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 4 balla qiymətləndirilir.
2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir.
Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
152.1. | Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə | qırx manat | - |
152.2. | Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə | altmış manat | - |
152.3 | Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə | səksən manatdan yüz manatadək | - |
152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə 140 manatdan 180 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
Maddə 152-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
152-1.1. | Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə | səksən manatdan yüz manatadək | 5 bal |
152-1.2. | Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunan şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3 maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə | yüz iyirmi manatdan yüz əlli manatadək | 5 bal |
152-1.3 . Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 bal toplanmasına görə - nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılır.
152-1.4 . Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - Nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 170 manatdan 200 manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
Q e y d : Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində göstərilən xətalara yol verilməsi 5 balla qiymətləndirilir.
Maddə 152-2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
152-2.1. | Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə | yüz əlli manatdan iki yüz manatadək | - |
152-2.2. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə 200 manatdan 300 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.
152-2.3. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə 300 manatdan 400 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
Maddə 152-3. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
152-3.1. | Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə | Fiziki şəxslər qırx manatdan altmış manatadək Vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək Hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək | - |
152-3.2. | Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə | Fiziki şəxslər səksən manatdan yüz manatadək Vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək Hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək | - |
152-3.3. | Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə | Fiziki şəxslər yüz qırx manatdan yüz səksən manatadək Vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək Hüquqi şəxslər dörd min manatdan beş min manatadək | - |
Maddə 152-4. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsi
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
152-4.1. | Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə
| Fiziki şəxslər səksən manatdan yüz manatadək Vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək | - |
152-4.2. | Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə | Fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək Vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək Hüquqi şəxslər üç min manatdan dörd min manatadək | - |
152-4.3. | Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə | Fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək Vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək Hüquqi şəxslər beş min manatdan altı min manatadək | - |
Maddə 152-5. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
152-5.1. | Nəqliyyat vasitəsini idarə etmə hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə
| Fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək Vəzifəli şəxslər üç yüz əlli manatdan dörd yüz manatadək Hüquqi şəxslər üç min beş yüz manatdan dörd min manatadək | - |
152-5.2. | Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə | Fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək Vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək Hüquqi şəxslər beş min manatdan altı min manatadək | - |
152-5.3. | Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə | Fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək Vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək Hüquqi şəxslər yeddi min manatdan səkkiz min manatadək | - |
Maddə 153. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
153.1.1. | piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə; | on manat miqdarında | - |
153.1.2. | yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə; | ||
153.1.3. | yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına; | ||
153.1.4. | qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə | ||
153.2. | Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər-hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə |
| - |
153.3 | Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: | iyirmi manatdan qırx manatadək |
|
| 153.3.1. | svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsinə; | ||
| 153.3.2. | sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; | ||
| 153.3.3. | yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; | ||
| 153.3.4. | sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; | ||
| 153.3.5. | nasaz, müəyyən olunmuş qaydada təchiz edilmədən velosipeddən istifadə etməyə; | ||
| 153.3.6. | piyadaların hərəkətinə maneə yaradılmasına; | ||
| 153.3.7. | üstün hərəkət keçidi olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə | ||
| 153.4 | At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürənlər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: | iyirmi manatdan qırx manatadək | |
| 153.4.1 | mal-qaranın yolda nəzarətsiz qoyulmasına; | ||
| 153.4.2. | mal-qaranın asfalt və sement-beton örtüklü yollarda ötürülməsinə; | ||
| 153.4.3. | işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; | ||
| 153.4.4. | at arabalarını (kirşəni) idarə edərkən svetofor və ya nizamlayıcının işarələrinə, habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; | ||
| 153.4.5. | mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarının, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə gör | ||
| 153.5. | Bu Məcəllənin 153.3-cü və 153.4-cü maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr ,psixotrop maddələr və ya güclü tə'sir göstərən digər maddələrin istifadə edilməsindən sərxoş vəziyyətdə törədilməsinə görə | əlli manatdan yetmiş manatadək | |
| 153.6. | Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə | səksən manatdan yüz manatadək |
Maddə 154. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi qaydalarının pozulması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
154.1. | Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi və etibarnamə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə | Fiziki şəxslər otuz manat Vəzifəli şəxslər qırx manatdan yetmiş manatadək | - |
| 154.2. | Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, habelə nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə | yüz əlli manatdan iki yüz manatadək | |
| 154.3. | Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, habelə süründürməçiliyə yol verilməsinə, eləcə də yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsinə görə | iki yüz manatdan iki yüz əlli manatadək | |
154.4. | Sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və itirilməsinə görə | otuz manatdan qırx manatadək | - |
Maddə 155. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
155.1. | Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, yəni | on manatdan iyirmi manatadək | - |
155.1.1. | Nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və onun hərəkəti zamanı qapıları açmağa | ||
155.1.2. | Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə | ||
155.1.3. | Dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına | ||
155.1.4. | Hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə | ||
155.1.5. | Su və ya palçığı yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən çıçradılmasına | ||
155.1.6. | Nəqliyyat vasitəsinin təkərində və banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq sürtkü materiallarının, kimyəvi maddələrinin, tikinti və digər materialların axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə | ||
155.1.7. | Hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına | ||
155.1.8. | Küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsinin dayandırılmamasına | ||
155.1.9. | Yol nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii fəlakət yerlərinə getmək üçün, yaxud qanunvericilik aktı ilə nəzərdə tutulmuş digər təxirə salınmaz hallarda yük daşıyan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına təqdim edilməməsinə | ||
155.1.10. | Beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən yaxud möhürləməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə | ||
155.2. | Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni | iyirmi manatdan otuz manatadək | - |
155.2.1. | Tormoz sistemi və sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və ya şüşə yuyanları və ya təkərləri və ya şinləri və ya mühərriki (8), yaxud konstruksiyasının digər ünsirləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istimarına | ||
155.2.2. | Normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə | ||
155.2.3. | Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulmasına və ya habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə; | ||
155.2.4. | Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə | ||
155.3. | Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə | qırx manatdan altmış manatadək | 4 |
Q e y d : Bu Məcəllənin 155.3-cü maddəsində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.
155.4. "Bu Məcəllənin 155.1.1-155.1-6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - 40 manatdan 60 manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə mədudlaşdırılır."
155.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat miqdarında cərimə edilir.
155.7. Nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rəngləmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin sürətini ğlçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkakanə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsinə alət və ya inzibati xətanın biləvasitə obyekti olmuş predmet müsadirə edilməklə qırx manatdan altmış manatadək cərimə edilir.
Maddə 156. Sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
156. | Qanunvericiliklə müəyyən edilmiş qaydada sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması | yetmiş manat miqdarında | 5 |
Q e y d : Bu maddədə nəzərdə tutulmuş xəta 5 balla qiymətləndirilir.
Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
253-1 | İcbari sığorta qanunvericiliyinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə | Fiziki şəxslər on manat Vəzifəli şəxslər altmış manatdan səksən manatadək Hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək | - |
Maddə 158. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
158.1. | Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılmasına, yaxud parklanma qaydalarının pozulmasına görə | Xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək | - |
158.2. | Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə | Vəzifəli şəxslər qırx manatdan altmış manatadək Hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək | - |
158.3 | Banı zədələnmiş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə | yüz manatdan yüz iyirmi manatadək | - |
Maddə 159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
159. | Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə | Fiziki şəxslər yetmiş manatdan yüz manatadək Vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək Hüquqi şəxslər üç min manatdan beş min manatadək | - |
Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
160. | Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə | Vəzifəli şəxslər qırx manatdan altmış manatadək Hüquqi şəxslər yüz manatdan yüz iyirmi manatadək | - |
Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
161.1. | Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə | Fiziki şəxslər səksən manatdan yüz manatadək Vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək Hüquqi şəxslər dörd min manatdan beş min manatadək | - |
161.2. | Müvafiq icazə olmadan və yol hərəkətini nizamlayan texniki vasitələrin svetoforların və yol nişanlarının quraşdırılmasına görə | Fiziki şəxslər otuz manatdan əlli manatadək Vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək Hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək |
Maddə 162. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
162. | Avtomobil yollarının saxlanılması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə | Vəzifəli şəxslər otuz manatdan əlli manatadək Hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək | - |
Maddə 163. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
163.0. | Avtomobil yollarında prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni | Fiziki şəxslər otuz manatdan əlli manatadək Vəzifəli yüz əlli manatdan iki yüz manatadək Hüquqi şəxslər min bez yüz manatdan iki min manatadək | - |
163.0.1. | örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı və ya metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə | ||
163.0.2. | Yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və ya qar yığınlarının yaradılmasına | ||
163.0.3. | Yolların hərəkət hissəsində yanacaq-sürtgü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsinə və ya yük vurulub boşaldılmasına | ||
163.0.4. | Yollardan qum və çınqıl çıxarılmasına | ||
163.0.5. | Xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıldılmasına | ||
163.0.6. | Mal-qaranın otarılmasına | ||
163.0.7. | üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə | ||
163.0.8. | Torpaqların şümlanmasına, yaşıllığın qırılmasına | ||
163.0.9. | Kütləvi istirahət yerlərinin təşkil edilməsinə | ||
163.0.10. | Kanalizasiya, sənaye və çirkli suların axıdılmasına | ||
163.0.11. | Yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına | ||
163.0.12. | Sərnişindaşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamasına | ||
163.0.13. | Yük avtomobillərinin istehsalçı zavodun müəyyən etdiyi həddən artıq çəkidə yüklənməsinə görə |
Maddə 164. Avtomobil yollarında hərəkət təhlükəsizliyi qaydalarının pozulması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
164.0. | Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına yəni | Fiziki şəxslər səksən manatdan yüz manatadək Vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək hüquqi şəxslər üç min manatdan dörd min manatadək hüquqi şəxslər üç min manatdan dörd min manatadək | - |
164.0.1. | Yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya prredmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla); | ||
164.0.2. | Geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə | ||
164.0.3. | Daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına | ||
164.0.4. | Yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsişməsinə | ||
164.0.5. | Təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına | ||
164.0.6. | Dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə | ||
164.0.7. | Bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə | ||
164.0.8. | Təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına | ||
164.0.9. | Yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə | ||
164.0.10. | Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə |
Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
165. | Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə | Fiziki şəxslər qırx manatdan əlli manatadək Vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək Hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək | - |
Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması
İXM-nin maddələri | Qayda pozuntuları | İXM-nə əsasən cərimənin miqdarı | Cərimə balı |
166.1. | Xüsusi kompletləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə | üç manatdan beş manatadək | - |
| 166.2. | Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələrini təqdim etməməyə görə | On manatdan on beş manatadək | - |
| 166.3 | Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinədən, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə | Vəzifəli şəxslər qırx manatdan əlli manatadək hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək |
Maddə 296-1. Avtoxuliqanlıq
Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayət olunan qərəzli hərəkətlərə görə -
nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatdək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.
Maddə 296-1.2.
Eyni hərəkətlərin il əzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla 600 manatdan 800 manatdək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
Maddə 406. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi
406.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:
406.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər-hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;
406.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə;
406.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
406.1.4. dayandırılmış nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə;
406.1.5. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən və psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda;
406.1.6. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda.
406.2. Nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir.
406.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.
406.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir:
406.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
406.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
406.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;
406.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;
406.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.
406.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü (gəmi sürücüsü) tərəfindən imzalanır. Sürücü (gəmi sürücüsü) protokolu imzalamaqdan imtina etdikdə bu barədə prokotolda müvafiq qeyd aparılır.
406.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
406.7. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.
Maddə 407. Nəqliyyat vasitələrinin saxlanılması
407.1. Bu Məcəllənin 406.1-ci maddəsində göstərilən, yaxud nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır.
407.2. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya xətaya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi onun sahibinə qaytarılır.
407.3. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilir. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
407.4. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir.
Maddə 408. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.


tel.: (+994 12) 342 32 82;
e-poçt: